Kişilərin az, yaxud çox yatmasınin onların övlad sahibi olmasına təsir etdiyini bilirdinizmi?
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, gündə altı saatdan az və ya doqquz saatdan çox yuxu kişinin uşaq sahibi olmaq şansını azaldır. Gecədə altı saatdan az yatan kişilərin xanımlarının hamilə qalma şansı 43 faiz azalır. Eyni zamanda, doqquz saatı keçən yuxunun da hamiləlik ehtimalını 42 faiz azaltdığı ortaya çıxıb.
Boston Universitetində yaşları 21-45 arasında olan 695 ər-arvadın iştirakı ilə araşdırma aparılıb. Tədqiqatçılar tərəfindən kişilərin gecəlik yuxu müddəti mütəmadi olaraq təqib edilib. Bu zaman 12 aya qədər hər 8 həftədə bir cütlükdə hamiləlik olub-olmadığına nəzarət edilib. Kifayət qədər yatmayan kişinin övlad sahibi olmaq qabiliyyətinin azaldığı ortaya çıxıb.
Gecədə 7-9 saat arası yuxunun kişilər üçün ən (nəsil artırma qabiliyyəti baxımından) ideal müddət olduğunu qeyd edən mütəxəssislərin fikrincə, sperma inkişafında açar hormon olan” testosteron” istehsalının, yuxu pozuntularından əziyyət çəkdiyi müəyyən olunub. Gündəlik testosteron tərpənməsinin böyük hissəsi, yuxu əsnasında baş verir. Yuxu problemləri bu yolla sperma sıxlığı ilə bərabər hərəkətini və morfologiyasına da mənfi təsir edir.