Araşdırma göstərib ki, cinsi əlaqədə fəal olan yaşlı adamların ömrü 15 il uzanır.
Medpress.az xarici mediaya istinadla xəbər verir ki, Tayvan alimləri 20 il müddətində təcrübə aparıblar, prosesdə könüllülər şəxsi cinsi fəallıqları ilə bağlı informasiyaları onlarla bölüşüblər.
Bu məsələnin araşdırlması ilə Tayvanın professionalları məşğul olublar. Yaşları 50-dən 91-ə qədər olan 800 kişi ilə aparılan sorğu nəticəsində öyrəniblər ki, yaşlı vaxt seksin olmaması ömür uzunluğuna pis təsir göstərir. Bu araşdırma 20 il davam edib. Ümumi nəticə belədir ki, 50 yaşdan yuxarı kişilərin müntəzəm sekslə məşğul olması onların fiziki durumuna və sağlamlığna müsbət təsir göstərir.
Məlum olub ki, “iş başında” olan kavalerlər, orta hesabla 15 il çox yaşayırlar. Ömrü uzatmaq üçün həftədə ən azı bir dəfə sevişmək lazımdır.