Bu ataların uşaqları şizofrenik doğulurlar – ARAŞDIRMA

Merilend ştatı Universitetinin elmi əməkdaşları kişilərin keçirdiyi stresslə onların gələcəkdə dünyaya gələcək övladlarında şizofreniyanın inkişafı ehtimalı arasında əlaqə olduğunu müəyyənləşdiriblər.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bütün tədqiqatlar yalnız siçanlar üzərində aparılıb. Mütəxəssislər müxtəlif vəziyyətlərin modelini hazırlayıblar və bunun hesabına gəmiricilərin kortizolunun (steroid təbiətin bioloji aktiv qlükokortikoid hormonu) artmasını nümayiş etdirə biliblər.

 

Müəyyən edilib ki, erkək siçanlarda güclü stress vəziyyətindən sonra davranış daha qəribə olub, onlar xarici qıcıqlandırıcılara çox pis reaksiya veriblər.

 

Elmi əməkdaşlar düşünür ki, belə bir şey insanlarla da baş verə bilər. Ona görə akademiklər təkidlə mayalanmadan əvvəl belə gərginliklərdən çəkinməyi tövsiyə edirlər.

 

Ancaq mütəxəssislər stress və gələcək uşağın sağlamlığının bağlılığını dəqiq söyləməkdə, eləcə də risk dərəcəsini müəyyənləşdirməkdə çətinlik çəkirlər.  

 

 

(Visited 161 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir