Kişi sevgilisi ilə 43 il sonra evləndi

Britaniyalı Kolin Cons 43 il gözlədikdən sonra sevgilisiilə evlənməyə nail olub. Məlumata görə, qadının əri Polin Yanq evlənməyi özü təklif edib. “Polin bu haqda məndən soruşanda az qalmışdi ki, çarpayıdan yıxılam”, – Cons söyləyib.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o əlavə edib ki, kişi ötən müddətdə həmişə ona evlənməyi təklif edib.

 

Kişinin hazırda 74 yaşı tamam olub, onun sevgilisinin 72 yaşı var.

 

Ərlə arvad 1976-cı ildə tanış olanda hər ikisinin öz ailəsi olub. Vaxt keçdikcə onların arasında münasibət yaranıb, ancaq Yanq əlini və ürəyini verməkdən imtina edib.

 

Cütlük hansısa müddətdə Maltada yaşayıb və onlar orada birgə biznes – o qədər də böyük olmayan mehmanxana – qurublar. Lakin qadın xəstələnəndən sonra sevgililər Böyük Britaniyaya qayıdaraq qocalar üçün ixtisaslaşdırılmış evdə yaşayıblar. Onlar elə orada da nişanlanıblar.

 

(Visited 67 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir