Məhkəmənin qərarı ilə xəstənin ayağı kəsildi

Böyük Britaniyada məhkəmə həkimlərə xəstənin iradəsinin əleyhinə gedərək ayağını kəsməyə icazə verib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, həkimlər əmindirlər ki, həyatı üçün təhlükəli ağırlaşma başlamamışdan əvvəl kişinin ayağının son hissəsi təcili kəsilməli idi. Həkimlərin qəti qənaətinə baxmayaraq, xəstə əməliyyatdan keçməkdən imtina edib.

 

 

Bundan sonra xəstəxananın rəhbərliyi məhkəməyə müraciət etməli olub. Burada belə nəticəyə gəlinib ki, kişinin əqli dərəcə həddindən asılı olmayaraq, bu onun öz-özünə müalicə üsulu seçməyinə imkan vermir.

 

 

Beləliklə, məhkəmə həkimlərə xəstənin bütün fiziki müqavimətinə baxmayaraq, ayağını amputasiya etmələrinə razılıq verib.

 

 

Britaniya qanunlarına əsasən, yaşı 16-ya çatan pasiyentlərin müalicəsi razılığı olmadan mümkün deyil. İstisnalara o hallarda yol verilir ki, insan qərar qəbul etmək iqtidarında olmasın, məsələn, psixoloji vəziyyəti, yaxud sərxoşluğu üzündən.

 

 

(Visited 44 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir