Allergiyanın da insana xeyiri varmış – ARAŞDIRMA

Sən demə, allergik reaksiyalar insan üçün xeyirli ola bilər. Alimlər müəyyənləşdiriblər ki, ot qızdırması olan və allergik zökəm olan şəxslərdə xərçəngin inkişafı riski azalır.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, ABŞ-ın xərçəngin öyrənilməsi üzrə Milli institutun mütəxəssisləri bədxassəli şişlər diaqnozu qoyulan, 100 min nəfəri xərçəng xəstəsi olan yaşları 66-dan 99-a qədər 1,7 milyon amerikalının məlumatlarını təhlil ediblər. Alimləri sınananlar arasında astma, allergik zökəmlə və ekzema ilə xəstələnmələrinin səviyyəsi maraqlandırıb.

 

Məlum olub ki, heç vaxt onkoloji xəstəliyi olmayanlarda ot qızdırması və allergik zökəm olduğu üzə çıxıb. Belə ki, allergik zökəm qırtlaq, qaraciyər, öd kisəsi, ağciyər, mədə, bağırsaq, sidik kisəsi, uşaqlıq, uşaqlıq yolu, uşaqlıq boynu, badamcıq vəzilərin, ağız boşluğu və digər orqanların xərçənginin inkişafı riskini azaldıb.

 

Bununla belə, alimlər allergik reaksiyanın orqanizmə bu qədər xeyirli təsirinin mexanizmini hələ müəyyənləşdirməyiblər.

 

Ola bilsin ki, allergiyaya görə, immun sistemi “yad” hüceyrələrə bir daha həssaslıqla reaksiya vermək məcburiyyətindədir.

 

(Visited 152 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir