Qadınlar, döşləri böyütmək ölümcül təhlükəlidir – XƏBƏRDARLIQ

ABŞ-da ən çox tələbat olan istənilən yaşdakı qadınların estetik əməliyyatla döşlərini böyütməsi ilə bağlı böyük qalmaqal yaxınlaşmaqdadır. Ölkənin qida məhsulları və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət üzrə idarənin mütəxəssisləri son bir neçə ildə özlərini implantat etdirən ən azı 457 qadında vaxtından əvvəl anaplastik iri hüceyrə limfomaları faktını müəyyənləşdiriblər. 

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qeyd edilir ki, bütün halların 10 faizinə qədəri iki-üç ildən sonra  ölümlə nəticələnir. Bu səbəbdən amerikalı tibb işçiləri artıq həyəcan təbili çalmağa hazırdırlar – təkcə ABŞ-da ildə 400 minə qədər döş böyütmə əməliyyatı həyata keçirilir. Onkoloji xəstəliklərin inkişaf riski məhz  bununla bağlıdır.

 

Hazırda adıçəkilən idarə istehsalçıların təcili yoxlanması üçün sənəd hazırlayır. Düşünülür ki, implantların  “boşalması”nın səbəbi polimer tərkib ola bilər. Böyük ehtimalla, onun tərkibində təhlükəli zəhərlər var.

 

 

(Visited 93 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir