Şəkərdən çox istifadə xərçəng riskini artırır – ALİMLƏR

ABŞ-dakı M.D. Anderson adına Onkologiya mərkəzinin alimləri həddindən artıq şəkər istifadəsinin xərçəng xəstəliyi yaranma riskini artırdığını müəyyənləşdiriblər. Tədqiqatçılar siçanlar üzərində eksperiment aparıblar. Gəmiricilərin bir hissəsinə qərb ölkələrinin çoxunda işlədilən miqdarda şəkər, digərlərinə isə pəhrizli nişasta “şirnisi” verilib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ekspertlər belə nəticəyə gəliblər ki, birinci qrupdakıların qanındakı şəkərin səviyyəsi şişin sürətlə artmasına səbəb olub. Alimlər onu da müəyyənləşdiriblər ki, yüksək fruktozlu qarğıdalı siropu və yemək üçün istifadə edilən şəkər siçanların ağ ciyərində metastazların artmasına səbəb olub.

 

Mütəxəssislər diabetin, xərçəngin, kökəlmənin və ürək xəstəliyinin inkişaf  riskini mimimuma endirmək üçün şəkərdən istifadəni məhdudlaşdırmağı məsləhət görürlər. Onlar qeyd edirlər ki, konfetlərin, mürəbbələrin, dondurmaların, şirələrin, yoqurtların və digər məhsulların tərkibində yüksək fruktoz siporunun olmasına da diqqətlə yanaşmaq lazımdır.

 

Ekspertlər şirin şey əvəzinə meyvələrdən, rasionda mətbəx şəkəri əvəzinə baldan istifadə etməyi məsləhət görürlər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir