Azərbaycanda ötən il 89 nəfərə böyrək köçürülüb

Son 15 ildə Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub.

 

Medpress.az bildirir ki, bu haqda baş nefroloq Fariz Babayev məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilən xəstə qeydiyyatdadır: “2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib”.

 

Fariz Babayev ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlət nəzarətinin daha da artırıldığını bildirib. O qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzləri yaradılır, “Orqanların köçürülməsi haqqqında” yeni qanun layihəsi hazırlanır.

 

(Visited 95 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir