Seks qışda insan sağlamlığı üçün çox vacibdir – ALİMLƏR

Sağlam seks orqanizmin gənclik rəhnidir, immuniteti qaldırır və xərçəngin inkişafını aşağı salır. Alimlər müəyyən ediblər ki,  qışda sekslə məşğul olmaq insanın orqanizmi üçün daha vacibdir. 

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, seks stresslə, o cümlədən qış depressiyası ilə mübarizə üçün ən yaxşı vasitədir. Çünki o, insanda xoş ovqata səbəb olan endrofinlər istehsal edir.

 

Pensilvaniyanın Uilksa Universitetindən olan tədqiqatçılar hesab edirlər ki, seks immunitetin artırılması sayəsində antiqenlərin hazırlanmasına, məsələn, immuniteti möhkəmləndirən və soyuqdəymə və qriplə mübarizəyə kömək edən immunoqlobulinlərə kömək edir.

 

Seks zamanı boşalma qripə qarşı vaksini əvəz etməsə də, o, sözsüz ki, sizin bədəninizə bəzi infeksiyalara qarşı əla qorunma verə bilər.

 

Tədqiqatçılar onu da iddia edir ki, sağlam seks orqanizmin cavanlaşmasının təminatçısıdır. Sekslə müntəqəm məşğul olan qadınlar və kişlər öz yaşlarından 5-7 il cavan görünürlər. Sekslə məşğul olmaq orqanizmi cavanlaşdıran və dərinin vəziyyətini yaxşılaşdıran kollegenlərin hazırlanmasına kömək edir.  Seks, eyni zamanda kişilərdə prostat xərçəngi ehtmialını aşağı salır.

 

Harvard tibb məktəbində müəyyənləşdirilib ki, müntəzəm sekslə məşğul olmaq prostat xərçəngi xəstəliyi riskini 22 faiz aşağı salır. İntim yaxınlığın bütün bu faydalı xassələri məhz ilin soyuq vaxtında sağlamlığın qorunması üçün çox vacibdir. Çünki məhz soyuq havada insanın orqanizmində vitaminlərin çatışmazlığı müşahidə olunur.

 

(Visited 414 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir