Alimlər yaşıl çayın daha bir faydalı xüsusiyyətini aşkar ediblər. Məlum olub ki, bu içki piylənmə ilə mübarizə aparmağa kömək edir.
Medpress.az xarici mediaya istinadla xəbər verir ki, 8 həftə çəkən eksperiment çərçivəsində siçanları iki qrupa ayırıblar. Birinci qrupun rasionuna yüksək yağlar olan məhsullar, ikincilərə isə adi qida daxil edilib. Hər iki qrupdan olan gəmiricilərin 50 faizi qida ilə bərabər insan üçün gündəlik 10 fican həmin içki ekvivalenti miqdarında yaşıl çay ektratı verilib.
Məlum olub ki, yağlı məhsullarla və yaşıl çay ekstratı ilə qidalanan siçanlar qeyri-sağlam qida istehlakı ilə məhdudlaşanlarla müqayisədə təxminən 20 faiz az çəki yığıblar. Bundan əlavə, “çay” pəhrizinə otuzdurulanlarda insulinə qarşı müqavimət aşağı olması, eləcə də qarın iltihabı göstəricilərinin azalması müşahidə edilib. Yaşıl çay istifadəsinin daha bir müsbət tərəfi bağırsaq mikrobiotlarının keyfiyyətcə yaxşılaşdırılması olub.
Analoji müsbət irəliləyiş (düzdür daha az göstərici) adi yeməklə qidalandırılan ikinci qrupdakı gəmiricilərdə müşahidə olunub.
Alimlərin fikrincə, yaşıl çay bağırsaq bakteriyalarının faydalı artımını stimullşadırır ki, nəticədə də piylənmə riskini azalmağa doğru aparır.