“Poxmel”dən xilas olmağın xalq vasitələri – TÜRKƏÇARƏ

“Biz bir-birimizin sağlığına içirik və öz sağlamlığımızı pozuruq” (Cerom K. Cerom)

Spirtli içki qəbulundan sonrakı gün səhərlər özünü pis hiss edənlər bu vəziyyətdən qurtulmaq üçün müxtəlif vasitələrə əl atırlar. Xalq təbabətində “poxmel”dən ayılmağın müxtəlif  üsulları var.

 

Medpress.az xarici mətbuata istinadən həmin üsulları təqdim edir:

 

* Turş şorbayla – “poxmel” əleyhinə olan bu vasitəni həm qaynar, həm də soyuq şəkildə istifadə edə bilərsiniz.

 

* Daha bir resept – duzlu xiyarın və soyuq suda bişirilmiş qoyun ətinin yüngülcə əzilmiş qarışığını duzlu xiyar suyu, sirkə və istiotla zövqə görə düzəldib qəbul edin.

 

* Birinci Pyotrun “poxmel”dən sevimli vasitəsi – vzvar (quru meyvə kompotu).

 

”Poxmel” zamanı kələm və duzlu xiyar suyunu birnəfəsə qəbul etmək lazım deyil, ən yaxşısı tədricən, 1,5 litrin qəbuluna 1-1,5 saat ayırın.

 

* Orqanizmi zəhərlərdən təmizləməyə aktivləşdirilmiş kömür də yardımçı olacaq.

 

* 1/2 litr açıq isti çaya 8 xörək qaşığı bal və 1 limonun şirəsini əlavə edin. Yataqdan qalxmadan vəziyyətiniz yaxşılaşana qədər az həcmdə qurtum-qurtum için.

 

* Çoxlu içki: sutkada ən azı 3 litr maye: süd, şirələr, şoraba suyu, “Borjomi” qələvi qazlı suyu, eləcə də 1 xörək qaşığı 9 faizlik sirkəni (ən yaxşısı təbii alma) 1 litr qaynanmış su ilə qarışdırıb və zövqə görə mürəbbə əlavə edin – gün ərzində için.

 

* Bayram axşamlarında, ad günlərində, yaxud toy məclislərindən sonrakı ”Poxmel”dən əziyyət çəkməmək üçün mütləq spirtli içki qəbul edin. Bu, mədənizdəki alkoqolun konsentrasiyasını azaldacaq və qurutmanın qarşısını alacaq (alkoqol orqanizmdəki mayeni çıxarır). Spirtli içkini şirə, meyvə şərbəti və kompotla için… Heç bir halda qazlı su ilə içməyin. İçilən hər bir qədəh şərab, yaxud şampan şərabına görə o qədər də su içilməlidir.

 

 

(Visited 211 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir