“Maye qızıl” – meyvəsində bərəkət, yarpağında həyat…

Zeytunun meyvəsi ölümsüzlük və bərəkət, yarpaqları yeni həyat, budağı isə sülh rəmzi sayılır. Qədim yunanlar zeytun yağını “maye qızıl” adlandırırdılar.

 

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu bitkinin tərkibində praktik olaraq insan orqanizminə lazım olan bütün mikroelement və vitaminlər var. Onun meyvəsinin 80 faizi doymamış yağ turşularından ibarətdir. Həmin yağlar isə heyvani yağdan fərqli olaraq aterosklerozun inkişafını dayandırır, ürək-damar sisteminə və həzm orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Tərkibindəki F vitamininin əsas komponenti hüceyrə membranının qurulmasında iştirak edir. İmmunostimulyator, həzmyaxşılaşdırıcı, xora əleyhinə, qan laxtalandırıcı, antioksidant və zəif işlədici təsirlərə malik zeytun yarpaqlarının tərkibindəki oleuropein qan təzyiqini də stabilləşdirməyə kömək edir.

 

Fransız diyetoloqlarının fikrincə, zeytun yağı orqanizmi demək olar ki, bütün xəstəliklərdən qoruyur, qocalmanı dayandırır, bədəni cavanlaşdırır və ömrü uzadır. Kardioloqlar zeytun yağının miokard infarktı riskini 70 faiz azaltdığını söyləyirlər.

 

Zeytunun tərkibindəki doymamış yağ turşuları qadın cinsiyyət vəzilərinin funksiyasını normalaşdırır. Alimlər bitkinin tərkibindəki yağ turşularının ana südünə çox yaxın olduğunu müəyyən ediblər. Zeytun ağacının qabıqlarından kinə əvəzedicisi kimi istifadə olunmasına çalışırlar.

 

(Visited 100 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir