Anasını 70 ildən sonra DNT analizi ilə tapdı

DNT analizi 69 yaşlı amerikalıya doğulandan dərhal sonra ayrı düşdükləri anasını axtarmağa kömək olub. Medpress.az xarici mediaya istinadən bildirir ki, Konni Maultrup 1949-ci ildə anadan olub və qızlığa götürülənə qədər yetimxanada böyüyüb. Maultrup bütün həyatı boyu həqiqi valideynlərini tapmağı arzulasa da, buna nail ola bilməyib.

 

 

Bir il əvvəl qızı ona DNT testi vasitəsilə qohumlarını tapmağa kömək edən “ancestry.com” dəstini hədiyyə edib. Qadın həmin xidmət vasitəsilə tapdığı uzaq qohumlarından biri ilə əlaqə saxlayaraq anasını xatırladıb.

 

“Mən dedim ki, onun adı Ceneviv Pyurinton olub, – Maultrup danışır. – Qohumum isə dedi: “O, mənim xalamdır və hələ yaşayır”.

 

88 yaşlı Ceneviv Pyurinton tək yaşayır. Müəyyən edilib ki, Konninin doğulduğu İndiana xəstəxanasının əməkdaşları qadını qızı doğulanda öldüyünə inandıra biliblər.

 

“Çünki o subay olub, ona deyiblər ki, mən ölmüşəm, – Maultrup deyir. – O, yaşayıb və hətta mənim haqqımda xəbərsiz olub”.

 

Anaları nikahdankənar doğulan uşaqlarından zorla ayırmaq 1973-cü ildə Ali Məhkəmə abortu qanuniləşdirənə qədər ABŞ-da yayılmış praktika olub.

 

(Visited 43 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir