Prezident xəstə qızın arzusunu yerinə yetirdi

Rusiya prezidenti Vladimir Putin ağır xəstəlikdən əziyyət çəkən 17 yaşlı qızın arzusunu yerinə yetirərək ona müsahibə verib. Medpress.az  Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

“Televiziya studiyasında bir qız vardı. O, prezidentdən kiçik müsahibə almaq istəyirdi. Mətbuat konfransından sonra müsahibə baş tutdu. Dövlət başçısı Regina Parliyevanın bir neçə sualına cavab verdi. Müsahibə 20 dəqiqə davam etdi”, – Peskov bildirib.

 

Peskovun sözlərinə görə, Putinin uşaqların arzusunu yerinə yetirməsi reytinqlə bağlı deyil. Könüllülər Putinə özlərinin ağır xəstə uşaqların arzusunu yerinə yetirməklə bağlı layihələrini göstəriblər.

 

Rusiya prezidenti Sankt-Peterburqu yüksəklikdən görmək istəyən xəstə uşağın da arzusunu yerinə yetirib. Dekabrın 15-də prezident oğlanla və onun yaxınları ilə çay içib. Putin ona hədiyyələr verib, sonra uşağı şəxsən özünün helikopterinə qədər aparıb.

 

(Visited 44 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir