Köçkünlərlə bağlı qorxulu gerçəklik

Avropaya axın edən qaçqın və köçkünlərın sağlamlıq vəziyyəti bu il ilk dəfə olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırma mövzusu olub. Həkimlər əhalisinin 10%-ni qaçqın və köçkünlər təşkil edən Avropa regionunun 53 ölkəsində sağlamlıq səviyyəsini öyrəniblər.

 

 

Medpress.az ÜST-ün hesabatına istinadən xəbər verir ki, araşdırma nəticəsində qaçqın və köçkünlərin yerli əhaliyə nisbətən daha ciddi sağlamlıq problemləri ilə üzləşdikləri müəyyən olunub. Əsas məsələ isə odur ki, bu problemlər onların bu ölkələrə gəlişndən sonra yaranıb.

 

Digər tərəfdən, adətən qaçqın və köçkünlərın sağlamlığından danışarkən ilk olaraq ağıla yoluxucu xəstəliklər- HİV, vərəm, hepatitlər və s. gəlir. Lakin müəyyən edilib ki, qaçqın və köçkünlərdə şəkərli diabet, xərçəng, insult kimi məhz qeyri-yoluxucu xəstəliklər riski daha da artır.

 

Qaçqınlıq zamanı keçirilən stress, dil baryeri, işsizlik problemləri ilə yanaşı, tibbi və profilaktik xidmətlərin aşağı səviyyəsi və antisanitar həyat şəraiti xəstəlik risklərinin artım səbəbi kimi göstərilir.

 

(Visited 120 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir