Bir ailə partlayışda məhv oldu

Tacikistandan olan ailə -qadın və 3 yetkinlik yaşına çatmayan uşağı Maqnitoqorskda yaşayış binasında baş verən partlayış nəticəsində ölüb. Medpress.az Rusiya mediasına istinadən bildirir ki, bu informasiyanı Tacikistanın Yekatirinburqdakı baş konsulu Səfər Səfərov təsdiqləyib.

 

Bundan əvvəl xəbər verilirdi ki, yaralananlardan biri Tacikistan vətəndaşıdır. O, ağır vəziyyətdə reanimasiyadadır. Konsulun sözlərinə görə, ailənin həlak olan üzvlərinin cəsədi artıq tanınıb. Mərhumlar dəfn olunmaq üçün vətənlərinə göndəriləcək. 

 

Məlumata görə, doqquzmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzili Orta Asiyadan olan ailə kirayəyə götürüb. Guya həmin mənzildə partlayış izləri aşkarlanıb. Rusiya İstintaq Komitəsinin rəsmiləri terror versiyasını təkzib edir.

 

Xatırladaq ki, Maqnitoqorskun Karl Marks küçəsindəki binada partlayış dekabrın 31-də səhər baş verib. İndiyədək 39 nəfərin öldüyü təsdiqlənib, binada yaşayan 6 nəfər dağıntılar altından sağ çıxarılıb. Onların arasında sutka yarım dağıntılar altında qalan 11 aylıq uşaq da var.

 

Bundan əlavə, dağıntılar altından 5 pişik və bir it sağ çıxarılıb.

 

(Visited 40 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir