Samarada ümidlərini itirmiş qohumlar yerli sakinin meyitini tabutda regional hökumətin binasına gətiriblər.
Medpress.az Rusiya mediasına istinadən xəbər verib ki, onlar rəhmətə gedən kişini Rubejnoe qəbiristanlığında dəfn edə bilməyiblər, çünki yerli işçilər onlardan 50 min rubl istəyiblər.
“50 min istəyirlər. Mən bir uşaq böyüdürəm. Mən bu pulu haradan alım?” – mərhumun həyat yoldaşı deyib.
Qadın deyib ki, qəbiristanlıqda büdcə xidmətləri üçün təklif olunan pulu tapa bilməyib. Lakin onlara hətta qəbir qazmağa da imkan verilməyib. Rəhmətə gedənin arvadının sözlərinə görə, onlar ayaqlarını belin üstünə qoyublar. Hətta hüquq-mühafizə orqanlarının əməkdaşları münaqişəni həll edə bilməyiblər.