450 qram doğulan uşaq sağ qaldı – MÖCÜZƏ

Vaxtından 13 həftə əvvəl doğulan Eli ilk Yeni ilini qarşılamağa hazırlaşır. Körpə 450 qrama yaxın çəkidə doğulub və o qədər kiçik olub ki, anasının ovcuna sığıb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, valideynləri  – 29 yaşlı Lyusi Nayt və 27 yaşlı Din Qlover Eli ilə həyatlarının ilk Yeni ilinə hazırlaşırlar. Bu arada, onu da qeyd edəki ki, balacanın həyatı tükdən asılı olub: o, dünyaya gəlişindən sonrakı iki həftədə beynində iki qansızması keçirib.

 

Həkimlər hesab ediblər ki, Elinin beyni ciddi zədələnəcək və o, əlil arabasında ömür sürməli olacaq. Lakin beyinə qan sızması öz-özünə, müalicəsiz dayanıb və həkimlərin proqnozuna görə, Eli həyatını normal yaşayacaq.

 

Körpə həkimlərin nəzarəti altında 11 həftə xəstəxanada qalıb. Valideynləri indi həyəcanla Yeni il bayramına hazırlaşır. Onlar etiraf edirlər ki, ötən Yeni il bir neçə ay sonra valideyn olacaqlarını, növbəti Yeni ili isə ikilikdə yox, üçlükdə keçirəcəklərini ehtimal belə etməyiblər.

 

 

(Visited 152 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir