Uşaqlarımız üçün böyük təhlükə XƏBƏRDARLIĞI

Uşaqlarınız gündə neçə saatlarını mobil telefonlara, həblərə, kompüter ekranına baxaraq keçirir, heç düşündünüzmü? Bəs bunun uşaqların inkişafı və zehin sağlamlığı üçün yaratdığı təhlükənin fərqindəsiniz? Ekspertlərin gəldiyi rəqəmlər qorxuducudur.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, ABŞ-da 11 min uşaqla aparılan yeni bir araşdırmaya görə ekran başında çox vaxt keçirmək beyin pərdələrində nazikləşdirməyə səbəb olur. Mobil telefon kimi cihazlarla gündə 2 saatdan çox məşğul olan uşaqların dil və mühakimə qabiliyyətləri aşağı çıxıb.

 

ABŞ Milli Səhiyyə İnstitutu 9-10 yaşlarında 11 min uşağı təqib edərək, ekran başında keçirilən müddətin beynə təsirlərini araşdırıb. Buna görə həb, ağıllı telefon və video oyunlarına gündə 2 saatdan çox vaxt ayıran uşaqlarda beyin pərdələri zərər görür. Ekspertlərə görə, bu vəziyyət idrak qabiliyyətinə mənfi təsir göstərir.

 

Miçiqan kimi ABŞ-ın öndə gələn universitetlərindən elm insanlarının yer aldığı araşdırma çərçivəsində, uşaqların beyinləri MRI cihazları ilə öyrənilib. Aparılan müqayisələr ekran başında 2 saatdan artıq qalan uşaqların mühakimə və dil bacarıqlarının daha aşağı bir performans göstərdiyini üzə çıxarıb.

 

ABŞ-da ictimaiyyətinin diqqətini çəkən araşdırma, müddət artdıqca mənfi təsirlərin intensivləşdiyini də ortaya qoyub. Gündə 7 saatdan çox ekran başında qalan uşaqların beyin qılafında nazikləşmə fərqi daha da çox olur.

 

(Visited 85 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir