Dünyada özünü öldürənlərin sayı azalıb

Dünyanın bütün ölkələri üzrə intihar hallarının statistikası göstərir ki, könüllü surətdə həyatdan köçmək istəyənlərin sayı azalıb. Bunun Rusiyada xüsusi müşahidə olunduğu bildirilir. Statistikaya görə, intiharların çoxu insanın düşdüyü çarəsiz vəziyyətlə bağlıdır. İnsanları intihara çox vaxt spirtli içkilərin sürüklədiyi də iddia edilir.

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hazırda spirtli içkilər az içildiyi üçün özünə qəsd etmək istəyənlərin sayı da azalıb. İnsanlar üçün idmanla məşğul olmaq ümidsizliyi və çarəsizliyi, meyvə-tərəvəzdən hazırlanan qatı içkilər – smuzilər keyfiyyətsiz alkoqollu içkiləri əvəzləyib.

 

İntihara meyilli adamlar idman zallarına getməyə, spirtli  içkilər əvəzinə dadlı meyvə-tərəvəz şirələri içməyə üstünlük verirlər. Lakin intiharların azalması bu arzuolunmaz faktların kökünün tamamilə kəsilməsi demək deyil.

 

Hazırda bütün dünyada intiharlar 1994-cü illə müqayisədə 38 faiz azalıb. Burada həm iqtisadi inkişafın, həm də sosial sahədə müsbət dəyişikliklərin təsirinin olduğu vurğulanır.

 

Əhalinin zəhərli maddələrdən mühafizə olunması da vəziyyəti yaxşılaşdırıb. Bu, xüsusilə Çində müşahidə olunub. ABŞ-da silah satışı geniş yayıldığı üçün odlu silahla intihar hadisələri daha çoxdur. Çində intihar etmək istəyənləri adi dərman qablaşdırması bu işdən çəkindirir. Qablaşdırmanı açmaq çoxlu vaxt apardığı üçün intihara əl atan insanın düşünməyə imkanı olur.

 

 

 

(Visited 43 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir