Bu ölkədə ər-arvad xəyanəti edənlər öldürüləcəklər

Bruneydə ər-arvad xəyanəti və homoseksuallıqla bağlı təsdiq edilən ölüm hökmü gələn həftənin üçüncü günü qüvvəyə minəcək.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ailə sədaqətsizliyini pozmaqda, yaxud homoseksuallıqda ifşa edilən hər kəs daş-qalaq ediləcək.

 

Qeyd edilir ki, indiki qanun şəriət qaydaları əsasında qəbul olunub. Yeni qanunun qəbulunu Bruney sultanı Hassanal Bolkiax elan edib.

 

Sonradan ölkənin baş prokurorluğu qanunun qüvvəyə minmə müddətini elan edib.

 

Digər məlumata görə, ölkədə qanunun tətbiqindən hətta beynəlxalq ictimaiyyətini təzyiqi altında belə imtina olunmayacaq.

 

(Visited 119 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir