Kişi komadan çıxdı və xarici dildə danışdı

24 yaşlı şotlandiyalı Freyzer Outtom qəza nəticəsində koma vəziyyətinə düşəndən sonra qeyri-adi hadisə baş verib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Freyzer komadan çıxandan sonra həkimlərin və özünün yaxınlarının təəccübünə səbəb olacaq vəziyyətlə üzləşib. Şotlandiyalı gənc tamamilə malay dilində danışmağa başlayıb.

 

Məlum olub ki, gənc şotlandiyalı həqiqətən malay və Çin dillərini öyrənib. Lakin bu uşaqlıq illərində, ailəsi ilə birlikdə Borneo adasında yaşayanda olub.

 

O sonradan 19 il öz vətənində yaşayıb və öyrəndiyi xarici dillərdə danışmayıb.

 

Komadan sonra onun malay dilində danışmasının səbəbi məlum deyil. Qeyd edək ki, bu qeyri-adi istedadlıq yalnız 24 saat çəkib, bundan sonra yenidən doğma dilində danışmağa başlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir