Musiqi insanı depressiyadan xilas edir – ALİMLƏR

Britaniyalı alimlər müəyyənləşdiriblər ki, bu və ya digər şəkildə musiqi ilə bağlı olan kollektivdəki insanların 96 faizi özlərini digər peşə sahiblərindən fərqli olaraq xoşbəxt və sakit hiss edirlər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Lester Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, streslə mübarizə üçün iş yerində musiqi oxumaq və zümzümə etmək insanlara özlərini daha az təcrid olunmuş hiss etməyə imkan verir və kollektivdəki gərginliyi aşağı salır.

 

Bu zaman, tədqiqatçıların fikrincə, müxtəlif musiqi improvizasiyalarında iştirak edən əməkdaşların vaxtaşırı mükafatlandırılması iş effektliyini hiss olunacaq qədər artırmağa da imkan verəcək və kadrların “axınını” azaldacaq.

 

Alimlər qeyd edirlər ki, böyük sosial cəlbedicilik ofis işçilərinin çoxunu psixoloqun yanına getməsindən xilas edir və depressiyanın ağır formasının inkişaf riskini aşağı salır.

 

(Visited 109 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir