Dabanınızı sarımsaqla ovun, 30 dəqiqə gözləyin…

İnsan orqanizmi bir çox sirri içərisində saxlayır, bildiyimiz qədər də bilmədiyimiz qədər çox xüsusiyyəti var. Bu sirlərdən biri də sarımsaqla bağlıdır. Bir çox faydası olan sarımsağı dərhal hər yeməyimizdə artırmağımız məsləhətdir.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, çiy olaraq da istifadə etdiyimiz sarımsaqla bağlı bu məlumat sizi çox təəccübləndirəcək.

 

Məsələn, ayağınızla sarımsaq “yeyə” bilirdinizmi? Bəli, səhv eşitmədiniz, elmi olaraq bunu sübut edən bu vəziyyət, baxın, necə olur.

 

Dabanınızı sarımsaqla ovun, 30 dəqiqə sonra dadını və qoxusunu ağzınızda hiss edəcəksiniz.

 

Hamısı sarımsağın mexaniki təsirə məruz qalması (əzilməsi, sürtülməsi, doğranması və s.) zamanı yaranan və üzvi birləşmə olan allisindən (sarımsağın içində olan uçucu yağ) irəli gəlir.

 

Allisin hüceyrə pərdələrinə nüfuz edir, qan dövranı yolu ilə gəzir və dad reseptorlarına çatır.

 

Elə buna görə də sarımsaq yeməkdən xoşu gələn insanlarınş, sadəcə, ağızlarından deyil, bütün bədənlərindən də sarımsaq qoxusu gəlir. Çünki qoxu qanda həll olur.

 

(Visited 644 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir