Gürcüstana gedən azərbaycanlılara “donuz qripi” xəbərdarlığı

Bakıda fəaliyyət göstərən dərman depoları icazəsiz dərman sata bilməz.

 

Medpress.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.

 

Onun sözlərinə görə, dərman depoları Səhiyyə Nazirliyinin tabeliyindədir: “Nazirliyin heç bir icazəsi olmadan heç bir dərman preparatını sata bilməzlər. Mətbuatda “Donuz qripi” peyvəndi ilə bağlı yayılan məlumatlar yalandır. Özəl klinikalar tərəfindən hər hansı dərman gətirilə bilər, lakin bu barədə nazirliyin xüsusi icazəsi olmalıdır”.

 

Baş epidemioloq qeyd edib ki, Gürcüstanda “donuz qripi”ndən ölən 14 nəfər xüsusi stansionarlarda izola olur: “Heç kimlə təmas yoxdur. Ora gedən soydaşlarımız da onlarla təmasda olmur. Qonşu ölkəyə gedən azərbaycanlılar özünü qorumalıdır və qoruyucu vasitələrdən istifadə etməlidir”.

 

İbadulla Ağayevin sözlərinə görə,  fırıdaqçılar Səhiyyə Nazirliyi adından istifadə edib, binaları dezinfeksiya edirdilər: “Artıq hüquq-mühafizə orqanları həmin şəxsləri saxlayıb”.

 

 

 

 

(Visited 42 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir