Azərbaycanda “donuz qripi” yoxdur – AÇIQLAMA

Azərbaycan ərazisində “donuz qripi” yoxdur.

 

Medpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.

 

Onun sözlərinə görə, qonşu ölkələr arasında “donuz qripi” yayıldığı  elan olunur: ” Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur. Əgər virusa yoluxma epidemik həddini keçərsə, ölkədə vaksinasiya aparılar. Birmənalı olaraq ölkə ərazisində “Donuz qripi” virusu yoxdur və yoluxma müşahidə edilməyib. Qrip virusu var və bu, müxtəlif dövrlərdə olub və olacaq”.

 

İbadulla Ağayev  bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə üç klinikada xüsusi palataları ayrılıb.

 

 

 

(Visited 82 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir