Azərbaycanda daha iki uğurlu əməliyyat

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin otorinolarinqoloq-cərrahı Tural Hüseynov 6 və 21 yaşında xəstələr üzərində koxlear implant əməliyyatını uğurla həyata keçirib.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, mərkəzdən verilən məlumata görə, xəstələrin hər ikisində eşitmə problemi anadangəlmə deyil, qazanılmış olub. Onlar uzun müddət eşitmə aparatından istifadə etsələr də, faydasız olub və nitq qabiliyyətləri pozulmağa başlayıb.

 

Əməliyyatdan əvvəl hər iki xəstədə zəruri testlər aparılıb, onlarda eşitmə sinirindən impuls alınıb və implantların normal çalışdığı təsbit edilib.

 

Bir gün sonra evə yazılan xəstələrə bir ay sonra implantların xarici parçasının taxılması nəzərdə tutulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir