Seks insanı bu xəstəliklərdən qoruyur

Sən demə, seks terapevtik effekt verə bilər və zəiflədilmiş xəstə orqanizm üçün faydalıdır. Seksoloq Pem Sperrin sözlərinə görə, seks immuniteti artıra bilər. “Psychology Report” jurnalında  çap olunan araşdırmanın nəticəsinə görə, həftədə bir, yaxud iki dəfə sekslə məşğul olan tələbələrdə orqanizmi infeksiyadan qoruyan  IgA immunoqllobulinin səviyyəsi cinsi əlaqədən vaz keçənlərlə müqayisədə 30 faiz yüksək olub.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, bəzi mütəxəssislərin fikrincə, IgA-nın səviyyəsinin yüksəldilməsi üçün qucaqlaşmaq da kifayətdir. Pem Sperr xatırladır ki, oksiotsin (“sevgi hormonu”) qucaqlaşma və incə toxunuş zamanı da istehsal olunur. Beləliklə, nəvaziş də şəfaverici effektli ola bilər.

 

Araşdırmalara görə, orqazm (cinsi əlaqə zamanı boşalma) adrenalinin atılmasına gətirib çıxarır. Bu həm də orqanizmi infeksiyalara qarşı fəal mübarizəsini təşkil edir. 

 

Bundan başqa, fiziki hərəkətlər də immun sistemini möhkəmləndirir.

 

 

(Visited 887 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir