Spirtli içki bu yaşdan sonra az zərərli olur – ALİMLƏR

Boston tibb mərkəzinin mütəxəssisləri belə nəticəyə gəliblər ki, 50 yaşdan sonra spirtli içki insan orqanizminə az zərərlidir və az həcmdə içmək hətta xeyirlidir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ekspertlər araşdırma nəticəsində müxtəlif yaş qruplarından olan könüllülərin alkoqol asılılığından ölüm səviyyəsini izləyiblər.

 

Məlum olub ki, yaşları 20-dən 49-a qədər olan iştirakçılar arasında ölüm halı 35,8 faiz olub. Onların arasında ölümlə nəticələnmə faizi isə 4,5 faiz təşkil edib.

 

Eyni zamanda, yuxarı yaş qrupunda (65-dən yuxarı) olan və az miqdarda spirtli içki qəbul edən könüllülərin isə 80 faizi həyatlarını qoruyublar. Spirtli içkilərə birbaşa aludəçilik səbəbindən ölüm isə 35 faiz təşkil edib.

 

Həkimlər təhlil ediblər: az miqdarda alkoqol onkoloji, qaraciyər və ürək xəstəliklərinin yaşlı adamın orqanizminə təsirini zəiflədə bilər.

 

(Visited 187 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir