Bu qadınlar daha tez hamilə qalır – ARAŞDIRMA

Bəzi elm insanları qadın orqazmı ilə bağlı mühüm bir kəşf edib. Bu kəşfə görə, qadın orqazm (cinsi münasibət zamanı boşalma) olanda hamilə qalma ehtimalları 15 faiz çox çoxalır

 

Medpress.az xarici mətbuata istinadən İrlandiyadakı University College Corkta keçirilən və orqazmı sirrini axtaran araşdırmanın detalları haqqında bu məlumatları verir: “Qadın orqazmı ilə hamiləlik şansı arasındakı əlaqəni test etmək üçün yaşları 26 – 52 arasında dəyişən altı qadınla birlikdə çalışılıb. Qadınlardan bir ay ərzində yaşadıqları orqazm sayını qeyd etmələri tələb olunub. Sonra qadın bətnində olan maye miqdarı, orqazm olan və ola bilməyən hallar üçün müqayisə edilib.

 

Nəticələr, qadın orqazma çatanda 15 faiz çox maye aldıqlarını, bunun da bətndə toplanacaq sperma miqdarı üçün bir göstərici olduğunu ortaya qoyur. Çünki qadın orqazma çatanda spermalar yumurtalığa doğru sorulur. Bunun, hamiləlik şansını ən yüksək nəticəyə çəkmək üçün lazım olan, spermaları irəli itələmək üçün rəhim əzələlərin yığılmasını təmin edən “eşq hormonu” oksitosinin ifrazı ilə əlaqədar olduğu güman edilir. Eşq hormonu oksitosin, qadın cinsi əlaqə zamanı zirvəyə çatanda ifraz olunur.

 

Bətndə spermanın tutulması, sperma rəhim boynundan uşaqlığa köçərkən hamilə qalmaq üçün daha yaxşı bir şans deməkdir. Qadın orqazmı bu prosesə dolğun bir şəkildə köməkçi olar. Beləliklə, boşalanda qadınların hamilə qalma ehtimalı 15 faiz çoxdur”.

 

 

(Visited 921 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir