Şahmat ömrü uzadır, bunu bilirdiniz?

Avstraliya mütəxəssisləri müəyyən ediblər ki, şahmat oynamaq aydın zəka və fəal həyat tərzi tələb edir. Bu amillərin məcmusu şahmatçıların hətta idmanın fiziki növlərinin nümayəndələrindən də çox yaşamasına imkan verir.

 

Şahmat ömrü uzadır, bunu bilirdiniz?

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Melburn Universitetinin mütəxəssisləri uzunömürlülüyün reseptini müəyyən ediblər. İdmanın intellektual növləri ilə məşğul olmaq ömrü yeddi il uzadır.  Söhbət həm də şahmatdan gedir.

Alimlər tədqiqatın gedişində 16 min şahmatçının sağlamlıq durumunu təhlil ediblər. Bu barədə məlumatı şahmat oynamayan adi insanın göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, şahmat həvəskarları bu sahədə hətta idmanın fiziki növləri ilə məşğul olan rəqiblərindən də üstündürlər.

 

 

(Visited 48 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir