Üz üçün soğan maskası – RESEPT

Çoxları hesab edir ki, soğan maskası dəri üçün heç də ən yaxşı variant deyil. Əgər biz sizə desək ki, bu, kökündən yanlış münasibətdir?

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, soğan vitaminlərlə zəngindir, onun əsasında hazırlanan qarışığı isə bütün növ dəri üçün əlverişlidir.

 

Beləliklə, bizə baş soğan və limon lazımdır. Bundan əlavə, tənzif  (üç qat), yaxud üz üçün xüsusi örtük (burun və göz üçün dəlik ilə) lazım olacaq.

 

Soğanı götürürük və təmizləyirik, iri doğrayıb əzirik. Alınan şirəni maska üçün istifadə etmək olar. O, yandıracaq, ancaq belə də olmalıdır. Tənzifi soğan şirəsi ilə nəmlədirik və tənzifi üzün dərisinə qoyuruq, 5-10 dəqiqə gözləyirik.

 

Nə üçün limon lazımdır: şirəsini sıxıb çıxarırıq və onu bərabər miqdarda soğan şirəsi ilə qatışdırırıq. Üz dərisi üçün maska kimi istifadə edirik.

 

Yeri gəlmişkən, şirəni sadəcə üzə sürtmək də olar. Pambığı da şirəyə batıraraq üzünüzə sürtə bilərsiniz. Qurumasını gözləyin və yenə çəkin. Beləcə dörd dəfə. Yarım saat sonra yuyunun.

 

Belə maska dərini bərpa edir. Soğan şirəsi maskasını 5 gün dalbadal istifadə edin. Hər dəfədən sonra qidalandırıcı maskadan istifadə etməyi də unutmayın.

 

(Visited 161 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir