Xanımlar, gözəllik salonunda Hepatitə yoluxma riski yüksəkdir – XƏBƏRDARLIQ

1992-ci ilə dəqəd insanlar qanköçürmədən sonra B və C hepatitinə daha çox yoluxurdular. Bu gün donor qanı tərkibində infeksiya olub-olmadığını müəyyənləşdirmək üçün diqqətlə yoxlanılır. Ona görə qanköçürmə yolu ilə hepatitə yoluxma riski çox aşağı həddədir. Müasir dünyada hepatitə yoluxma riski amili dəyişməyə başlayıb. Hepatoloqlar da bunu təsdiqləyirlər.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, onların iddiasına görə, insanlar hepatitə narkotikdən istifadə, qorxulu tibbi prosedurlar və müdafiəsiz intim münasibət nəticəsində daha çox yoluxurlar.

 

Hepatitlərlə müxtəlif  fəaliyyət növləri ilə yoluxa ehtimalı nə qədərdir? Sən demə, Hepatit C-yə yoluxma ehtimalı qoruyucusuz seks zamanı 3-10 faizdir. Hepatit B-yə yoluxma ehtimalı isə daha yüksək – 50 faizdir. Risk ümumilikdə o qədər də yüksək olmasa da, çoxları Hepatit B və C-yə məhz cinsi yolla yoluxur.

 

Hepatit C-yə yoluxan anadan uşağa bu xəstəliyin keçmə ehtimalı 3-5, Hepatit B-nin isə 8 faizdir. Yoluxma yalnız doğuş zamanı, uşağın doğuş yolundan keçidi zamanı mümkündür.

 

Gözəllik salonunda hepatitə yoluxma riski olduqca ciddidir: əgər ustanın istifadə etdiyi alətlər, məsələn, manikür, yaxud pedikür üçün nəzərdə tutulanlar Hepatit B-yə yoluxmuş müştəri üçün istifadə edilib sonradan lazım olan səviyyədə dezinfeksiya edilməyibsə, ikinci müştəri yəqin ki, mütləq bu xəstəliyə yoluxacaq.

 

Mütəxəssislərin qeyd etdiklərinə görə, ümumilikdə xəstələrin 10 faizə yaxını hepatitə məhz gözəllik salonlarında yoluxurlar.

 

Hava-damcı yolu ilə (söhbət edəndə, asqıranda, tüpürcək ilə və s.), əllə görüşəndə, qucaqlaşanda, ümumi qab-qacaqdan istifadə etmək, yemək, yaxud içkilərdən hepatit ötürülmür.

 

Yoluxma üçün bu xəstəliyin əlaməti olan qan vacibdir. Özü də Hepatit B-yə yoluxmaq üçün bu cür qanın çox az miqdarı kifayətdir.

 

Hepatir B çox yaşamağa qadir hesab olunur: hətta ən əlverişsiz şəraitdə belə asanlıqla yaşayır, yoluxmaq üçün hətta gözə görünməz yoluxmuş qan kifayətdir. Hepatit B virusu otaq temperaturunda 3 aya, dondurulmuş halda isə 20 ilə qədər yaşaya bilər. Hətta Hepatit B-nin qaynadılmış virusu 1 saata qədər yaşaya bilər. Xlorlaşdırma zamanı 2 saatdan sonra ölür, yalnız 90 faizlik spirt onu 2 dəqiqə içərisində məhv edə bilər.

 

Belə nəticəyə gəlmək olur ki, hepatitə yoluxma ehtimalı istənilən “təhlükəli” fəaliyyət zamanı sanki o qədər yüksək deyil. Onu da qeyd etmək lazımdır ki, hər il dünyada 1 milyon 750 min hepatitə yoluxma hadisəsi qeydə alınır. Daha dəqiq desək, hər 20 saniyədən bir bir nəfər hepatitə yoluxur.

 

(Visited 137 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir