“Donuz qripi” bir nəfəri də öldürdü

Ermənistanda “donuz qripi”nə yoluxan daha bir nəfər ölüb. H1N1 virusunun budəfəki qurbanı qadın olub.

 

Medpress.az Ermənstan mediasına istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyində təsdiqləsələr də, ətraflı məlumat verməkdən imtina ediblər.

 

Nazirlikdən bildirildiyinə görə, Ermənistanda kəskin respirator virus infeksiyasından xəstələnmədə azalma müşahidə edilir. Fevralın 4-nə olan məlumata görə, poliklinikalara kəskin respirator virus infeksiyası şikayəti ilə 1275 nəfər müraciət edib. Onların 781-i xəstəxanalara yerləşdirilib və 92,8 faizini uşaqlar təşkil edir.

 

Beləliklə, Ermənistanda  “donuz qripi”ndən ölənlərin sayı 4-ə çatıb.

 

 

(Visited 71 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir