Gürcüstanın Acarıstan Muxtar Respublikasında xalq arasında “donuz qripi” adlandırılan qrip virusundan daha 2 nəfər ölüb.
Medpress.az Gürcüstan mediasına istinadən xəbər verir ki, ölənlər 48 yaşlı qadın, 33 yaşlı kişidir.
Qadın Batumi xəstəxanalarının birində, kişi isə Türkiyənin Trabzon şəhərində dünyasını dəyişib. Kişi əvvəlcə Batumidə xəstəxanada müalicə olunub, yaxınları sonra onu Trabzona aparıblar.
Hər iki şəxsin ölümünə A (H1N1) virusunun dəqiq səbəb olub-olmadığı ekspertizadan sonra müəyyənləşdiriləcək.
Buna qədər Gürcüstanda 19 nəfərin “donuz qripi”ndən öldüyü təsdiqlənib.