Qripdən 36 nəfər öldü

Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 28 nəfər dünyasını dəyişib. 

 

Medpress.az Ukrayna mediasına istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirildiyinə görə,  yanvarın 21-27-də Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 3 nəfər ölüb.

 

Qrip epidemiyasının sürətlə yayılması Litvada isə 8 nəfərin ölümünə səbəb olub.

 

Litvanın Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin (ULAC) məlumatında qeyd edilir ki, zərərçəkənlərin heç biri vaksinasiya olunmayıb. Çoxunun sağlamlıqla bağlı başqa problemləri də olub. Onların hamısı əvvəlcə evdə müalicə olunmaq istəyib.

 

Məlumata görə, qrip qurbanlarının yaşı 50-95 arasındadır.

 

Son günlər Litvada qrip epidemiyasının yayılması sürətlənərək, ölkə bələdiyyələrinin təqribən üçdəbir hissəsini əhatə edib. 60 bələdiyyədən 18-i, o cümlədən Vilnüs bələdiyyəsi qrip epidemiyasının başlandığını elan edib. Qripin intensivliyi yanvar ayının üçüncü həftəsində hər 10 min sakinə 146 yoluxma faktı ilə müqayisədə dördüncü həftəsində hər 10 min nəfərə 156 yoluxma faktı təşkil edib.

 

Qripə yoluxanların sayı bir həftə ərzində hər 10 min sakinə 100 nəfərdən çox olanda qrip epidemiyası elan olunur.

 

Qrip epidemiyası nəticəsində 79 məktəbdə dərslər təxirə salınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir