Azərbaycanda toyuğun çəkisi süni artırılır

2018-ci ilin iyul-dekabr ayları ərzində baytarlıq sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb.

 

Medpress.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ölkədə “quş qripi” xəstəliyi aşkarlanmayıb: “Baytarlıq sanitariya ekspertizası zamanı 30 ton bal dövriyyədən çıxarılıb, 2036 xəbərdarlıq edilib, 29 məhvetmə ilə bağlı icrası məcburi olan qərar verilib, 34.2 ton məhsul ixracatçı ölkəyə geri qaytarılıb”.

 

Agentliyin rəhbərinin iddiasına görə, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırırlar: “Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. Lakin bəzi işbazlar nəmlik faizini 22-24 edirlər. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib çıxardır. Hazırda agentlik bu sahəyə ciddi nəzarət edir”.

 

(Visited 98 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir