Yumurtanı çox yeməyin, ölə bilərsiniz – XƏBƏRDARLIQ

Həftədə 3-4 yumurtadan istifadə ürək-damar xəstəliklərinin 6 faiz və ölüm riskinin 8 faiz artmasına gətirib çıxarır.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, bu, Faynberq adına tibb məktəbinin uzunmüddətli araşdırmasının nəticəsində məlum olub.

 

Əvvəllər də ehtimal edildiyi kimi, səbəbini alimlər xolesterin adlandırıblar. Gündə 300 mq xolesterin sərfi ürək-damar xəstəlikləri və ölüm riskini artırır.

 

Həkimlər xatırladıblar ki, yumurtanın tərkibindəki xolesterinin böyük hissəsi onun sarısındadır.

 

“Heyvan mənşəli və tərkibində yüksək xolesterin olan məhsulları rasionda məhdudlaşdırmaq lazımdır”, – Denverdəki xəstəxanalardan birinin ürək-damar xəstəliklərinin profilaktikası proqramının direktoru Endryu Friman nəticələri şərh edərkən deyib.  

 

Bununla belə, alimlər bildiriblər ki, yumurtadan, ümumiyyətlə çəkinməyə ehtiyac yoxdur.

(Visited 246 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir