Marixuana qadınların intim münasibət zamanı orqazm (boşalma) olmaq şansını iki dəfə artırır. Bu, Sent-Luis Universitetinin Tibb məktəbi alimlərinin araşdırmasında qeyd edilir.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, araşdırmaya 373 qadın cəlb olunub. Onlar seksual sağlamlıqla (cinsi ehtiras, cinsi akt zamanı ağrıların olub-olmaması və sairə) suallara cavab verməli, eləcə də marixuanadan istifadə halları barədə danışmalı olublar.
Rəyi soruşulanların 4 faizi etiraf edib ki, marixuana çəkiblər, onların 34 faizi bunu bir qayda olaraq cinsi əlaqədən əvvəl edib.
Əldə edilən məlumatları təhlil edən alimlər ona diqqət yetiriblər ki, qadınların seksual həyəcanı onların marixuana çəkib-çəkməmələrindən asılıdır.
Belə ki, marixuana həvəskarları daha güclü cinsi həvəs, daha güclü orqazm, eləcə də seks zamanı ağrı hissinin azalması haqqında məlumat veriblər.
Beləliklə, tez-tez kannabis çəkən qadınlarda (o cümlədən seks ərəfəsi) güclü boşalma olmaq ehtimalı marixuanadan istifadə etməyənlərlə müqayisədə 2,13 dəfə yüksək olub.
Alimlər qeyd edirlər ki, alınan məlumatlar marixuananın qadınların seksual davranışlarına təsiri ilə bağlı bundan əvvəlki araşdırma ilə üst-üstə düşür.
Marixuananın təsiri mexanizminin səbəbi hələ ki öyrənilməyib, ancaq mütəxəssislər istisna etmirlər ki, qadının seksual funksiyaları həyəcan və stressinin səviyyəsinin aşağı düşməsi hesabına yaxşılaşır.
Bundan əlavə, marixuana istifadəsindən sonra vaxt dəyişir ki, bu da seks zamanı xoş hissləri uzadır. Bu, bəlkə də özünə inamı artırmaqla cazibədarlığı da artırır, yataqda eksperimentlərə də təkan verir.