Dünyanın ən gözəl nənəsi cavan qalmasının sirrini açıqladı

Dünyanın ən gözəl nənəsi mükafatına layiq görülən ukraynalı Svetlana Qass 60 yaşında əla görkəmdə qalmasının səbəbini danışıb.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, xarici görünüşünə bütün həyatı boyu diqqət yetirib, amma əsas amil kimi genlərinin olduğunu deyib. Onun nənəsi gözqamaşdıran gözəlçə olub.

 

“Düşünürəm ki, hər bir qadın istənilən yaşda gözəl görünməlidir. Mən layiqincə qocalmaq istəyirəm, özümü 60 yaşında hiss etmirəm”, – Svetlana vurğulayıb.

 

Gözəllik müsabiqəsindəki qələbəyə gəldikdə, əvvəlcə orada iştirak etməyi planlaşdırmayıb. Müraciəti onun əvəzinə qızı yazıb. Nəticədə Svetlana bütün rəqiblərinə əvvəlcə Bolqarıstanda, sonra Amerikadakı Ms. Transcontinental Classic müsabiqəsində qalib gəlib.

 

 

(Visited 256 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir