Gömrük-keçid məntəqələrində “donuz qripi” əleyhinə avadanlıq quraşdırıldı – AZƏRBAYCANDA

Azərbaycanın bütün gömrük-keçid məntəqələrində “donuz qripi” əleyhinə xüsusi avadanlıq quraşdırılıb.

 

Medpress.az  bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.

 

Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edir: “Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq.

 

Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir”.

 

 

 

 

(Visited 44 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir