158 nəfər “donuz qripi”nə yoluxub – GÜRCÜSTANDA

Gürcüstanda H1N1 virusuna (“donuz qripi”) 158 yoluxma halı laborator olaraq təsdiq olunub.

 

Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, bu haqda ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

 

Onun sözlərinə görə,  qrip virusunun yayılma göstəricisi aşağı düşüb: “Son məlumatlara görə, 100 min sakinə infeksiyaya yoluxmuş 256 nəfər düşür. Ötən həftə bu göstərici 277 nəfər təşkil edib”.

 

Gürcüstanda qripin geniş yayılması ilə bağlı ötən həftə Rustavi şəhər Xəstəxanası, yanvarın 7-də  isə Mtsxeta Tibb Mərkəzində karantin elan olunub.

 

Son məlumata görə, Gürcüstanda 8 nəfər “donuz qripi”ndən ölüb.

 

 

 

(Visited 37 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir