Azərbaycanda ürək xəstələri üçün məktəb yaradıldı

Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb.

 

Medpress.az-a Səhiyyə Nazirliyindən  verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.

 

Belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdəki dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

 

Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.

 

(Visited 74 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir