Bakıdakı klinikada 5 xəstə ölüb

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib.

 

Medpress.az-a universitetin mətbuat xidmətindən verilən məlumata görə,  tədbirdə klinikanın direktoru, professor Surxay Hadıyev ilin sonunadək bütün şöbələrin hesabat verəcəklərini və yekun olaraq bu tibb müəssisəsinin ümumi hesabatının hazırlanacağını vurğulayıb.

 

 

Klinikanın oftalmologiya şöbəsinin illik hesabatını şöbə müdiri, assistent Qurban İsmayılov açıqlayıb. O, 11 ay ərzində poliklinika şöbəsində 6691 xəstənin qeydə alındığını, 1585 nəfərin əməliyyat olunduğunu bildirib. 2018-ci ildə şöbəyə Ekzeymer Lazer aparatının gətirildiyini deyən Qurban İsmayılov 2019-cu ildə Vitrektomiya əməliyyatlarına başlamaq arzusunda olduqlarını qeyd edib.

 

 

Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva hesabat dövründə şöbədə 489 xəstəyə ambulator xidmət göstərildiyini, ümumilikdə 5115 prosedurun həyata keçirildiyini deyib. Klinikadaxili şöbələr üzrə ümumi fizioterapiya aparılmış xəstə sayının 270 olduğunu söyləyən şöbə müdiri 2 xəstə üzərində aparılan prosedurun videogörüntülərini də nümayiş etdirib.

 

 

Travmatologiya-ortopediya şöbəsinin hesabatını assistent Cəfər Nəsirli təqdim edib. O, şöbədə ümumu xəstə sayının 524, əməliyyat sayının 472, o cümlədən böyük əməliyyat sayının 362, çarpayı günləri sayının isə 1655 olduğunu, 1 ölüm faktının qeydə alındığını bildirib.

 

 

Neyrocərrahiyyə şöbəsinin müdiri, assistent Fərid Qaralovun sözlərinə görə, hesabat dövründə ümumi xəstə sayı 662, əməliyyat sayı 571, çarpayı günlərinin sayı isə 2390 olub. Eyni zamanda, 74 xəstə müalicəyə cəlb edilib və 4 ölüm faktı qeydə alınıb.

 

 

Urologiya şöbəsinin hesabatını təqdim edən şöbə müdiri Fikrət Əhmədov bildirib ki, hesabat dövründə xəstə sayı ümumilikdə 481 nəfər olub. Şöbədə cəmi 380 əməliyyat icra edilib ki, bunlardan da 46-sı böyük, 107-si orta, 227-si isə kiçikhəcmli müdaxilələrdir. Bundan əlavə, 1873 xəstəyə hemodializ xidməti göstərilib.

 

 

Uşaq cərrahiyyəsi şöbəsinin hesabatını təqdim edən Murad Əlibəyov şöbədə çarpayı məşğulluğunun 56 gün, çarpayı dövriyyəsinin 53 gün, orta çarpayı gününün 1,1 gün, cərrahiyyə aktivliyinin 94, 2 faiz olduğunu deyib. Onun sözlərinə görə, bu zaman ərzində icra olunan 1204 cərrahi müdaxilənin 113-ü böyükhəcmli əməliyyatlar olub. Laparoskopik əməliyyatlar isə ümumi əməliyyatların 8,14 faizini təşkil edib.

 

 

Hesabat iclasının gedişində professor Nuru Bayramovun rəhbərliyi ilə klinikada böyrək trasplantasiyasının aparılması barədə də məlumat verilib və bu unikal əməliyyat böyük uğur kimi qiymətləndirilib.

 

 

(Visited 60 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir