Bakıda Azər-İran klinikası açılıb

Azərbaycan ilə İran arasında İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının qərarı, həmçinin iki ölkənin səhiyyə nazirlərinin əməkdaşlıq haqqında razılaşmalarına əsasən İran həkimlərinin Bakıda müayinə və müalicə xidmətlərini həyata keçirməsi üçün Azər-İran klinikası yaradılıb.

 

Medpress.az-a bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Tədbirdə Səhiyyə Nazirliyinin rəhbərliyi və Tehrandan gələn nümayəndə heyəti iştirak edib.

 

Klinikanın açılmasında məqsəd iki ölkə arasında tibb və səhiyyə sahəsində əməkdaşlığı genişləndirməkdir. İrandan dəvət olunan həkimlər öz sahələrinə uyğun olaraq xəstələri müayinə və müalicə edəcəklər.

 

(Visited 1. 913 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir