Azərbaycan və Türkiyə ürək cərrahları Bakıda konfrans keçirdilər

Dekabrın 22-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan-Türkiyə ürək-damar cərrahiyyəsi konfransı təşkil edilib.

 

Medpress.az xəbər verir ki, konfransda yerli həkimlərlə yanaşı, Türkiyədən mütəxəssislər də iştirak ediblər.

 

Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov dünyada ürək-damar xəstəliklərinin ölüm hallarının əsas səbəbi olduğunu deyib. Onun sözlərinə görə, xəstəlik vaxtında aşkarlanarsa və zəruri tədbirlər görülərsə, müsbət nəticələr əldə etməklə yanaşı, ölüm hallarının qarşısı alına bilər. Prorektor konfransın məqsədinin ürək-damar cərrahiyyəsində tətbiq olunan müasir metodların müzakirəsi və təcrübə mübadiləsi olduğunu deyib.

 

Klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri professor Məhəmməd Kərimov və Mərkəzi Klinik Xəstəxananın baş həkimi professor Kamran Musayev konfransın əhəmiyyətindən danışıb, onun tibbi təhsilin inkişafına böyük töhfə verəcəyinə inandıqlarını bildiriblər.

 

Konfrans müxtəlif mövzularda məruzələr və müzakirələrlə davam edib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

(Visited 43 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir