Qadınların kişilərdən çox yaşamasının daha bir sirri – ARAŞDIRMA

Araşdırma zamanı məlum olub ki, qadınların ömürlərinin uzunluğu genetik səviyyədə proqramlaşdırılıb. Bu qənaətə amerikalı alimlər gəliblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, genetiklər müəyyən ediblər ki, kişi və qadınların ömürlərinin uzunluğu genlə qoyulub. İş burasındadır ki, qadınlarda qocalmağı yavaşıdan əlavə gen surəti var.

 

Genetiklər 3 illik tədqiqat çərçivəsində 4 siçan qrupunu, o cümlədən modifikasiya edilən DNT-ni (erkəklərdə XX – xromosomları və dişilərdə XY – xromosomları) müşahidə ediblər.

 

Qeyd edək ki, təbiətdə dişi məməlilərin xarakterik cəhəti dişilərdə XX, erkəklərdə XY xromosom cütlərinin olmasıdır.

 

Məlum olub ki, gəmiricilərin ömür uzunluğu cinsdən yox, xromosom yığımından asılıdır. Belə ki, geni modifikasiya edilən erkəklər və adi XX – dişiləri geni modifikasiya edilən XY-dişilər və adi erkəklərdən çox yaşayıblar.

 

Bu zaman əlavə X-xromosomu erkəkləri dişilərdən fərqli olaraq ölümdən o qədər də güclü qorumayıb. Alimlərin fikrincə, bu vəziyyət dişilərin yumurtalıqlarında hormonların və digər siqnal molekulları roluna şahidlik edərək qocalmanı ləngidir və ömrü uzadır.

 

(Visited 83 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir