Bu ölkədə 132 uşaq aclıqdan öldü

Nigeriyanın Kaduna əyalətində 10 ayda 132 uşaq doyunca qidalanmama səbəbindən ölüb.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, Kaduna Əyaləti Qidalanma İdarəsi rəsmilərindən Hajiya Hauva Usman yetərsiz qidalanma səbəbilə 10 ayda 132 uşağın dünyasını dəyişdiyini, 12 min 858 uşağın isə xəstəxanaya yerləşdirildiyini, bu uşaqlardan 10 min 604-nün müalicə edildiyini bildirib.

 

Beş yaşa qədər uşaqların 11,7 faizinin ərzaq çatışmazlığı ilə üz-üzə olduğunu söyləyən Usman bu uşaqlardan 47 faizinin fiziki olaraq yaşından kiçik inkişaf etdiyini vurğulayıb.

 

Qərbi Afrika ölkəsi Nigeriyanın Nasarava əyalətində isə yetərsiz qidalanma səbəbilə son üç ayda 30 uşağın həyatını itirdiyi bildirilmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir