5 yaşlı qız susuzluqdan öldü

Almaniyada İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulan 27 yaşlı qadın hərbi cinayətdə ittiham olunur.  Cennifer B.nin günahkar elan edilməsinin səbəbi onun 2015-ci ildə evdə qul kimi işlətmək üçün aldığı 5 yaşlı qızın günəş altında susuzluqdan ölməsinə imkan verməsidir.

 

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, Cennifer və onun əri azyaşlı qızı İŞİD Mosulu ələ keçirdiyi zaman burada yaşayanda alıblar. “Qız xəstələnəndən və  döşəyini isladandan sonra təqsirləndirilənin əri cəza olaraq onu döyüb küçəyə ataraq qızmar istidə susuzluqdan ölməsinə imkan verib”, – Almaniya prokurorluğunun açıqlamasında vurğulanır.

 

Məlumata görə, təqsirləndirilən ərinə bunu etməyə imkan verib və uşağı xilas etməkdən ötrü heç nə etməyib.

 

Cennifer Almaniyanı 2014-cü ilin avqust ayında tərk edərək İŞİD-ə qoşulmaq üçün İraqa gedib. “Onun vəzifəsi qadınların davranış və geyimlərində terror təşkilatının müəyyənləşdirdiyi qaydalara əməl etmələrinə nəzarət olub”, – açıqlamada qeyd edilir.

 

Uşağın ölümündən bir neçə ay sonra – 2016-cı ilin yanvar ayında Cennifer Almaniyanın Ankaradakı səfirlyinə gələrək şəxsiyyətini təsdiq edən sənədi dəyişdirib yenisini almaq üçün müraciət edib. İŞİD-dən ayrılanda isə Türkiyənin xüsusi xidməti həbs edərək Almaniyaya ekstradisiya edib.

 

Federal prokurorlar onu hərbi cinayətdə, qətldə ittiham edir. Əgər təqsiri sübut olunarsa, ömürlük azadlıqdan məhrum ediləcək.

 

(Visited 64 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir